"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mürsəl Eminov: “Hüquqi həllini tələb edən məsələlərlə bağlı keçirilmiş 80-məhkəmə prossesində bələdiyyənin xeyrinə qərarlar qəbul edilmişdir”

--2023-02-21 / 18:23

“Binəqədi bələdiyyəsində vətəndaşların müraciətləri və qəbulu da daim diqqət mərkəzində saxlanılır”- bu barədə Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Mürsəl Eminov bildirib.

Sədrin sözlərinə görə, il ərzində vətəndaşlardan daxil olmuş 368 müraciət qeyd edilən məsələlərə aid olub: arayışların verilməsi (vergi borcların olub-olmamas- 170, torpaq sahələrinin ayrılıb-ayrılmaması və s.), maddi yardım- 31, dəfnlə bağlı DSMF-na arayışlar – 123, abadlıq və yaşıllıq məsələlərin həlliylə bağlı 38 müraciət.

Hesabat dövründə ayrı-ayrı təşkilatlarından daxil olmuş 526 məktub, müraciət, sərəncam və digər sənədlər əksər hallarda qanunvericilikdə nəzərdə tutulmuş müddətdə baxılmış və cavablandırılmışdır.

Bələdiyyə vətəndaşların və öz hüquqi maraqların müdafiəsi istiqamətində bir sıra işlər görmüş. Beləki, hüquqi həllini tələb edən məsələlərlə bağlı keçirilmiş 80-məhkəmə prossesində bələdiyyənin xeyrinə qərarlar qəbul edilmişdir.

Vətəndaşların müraciətləri ilə bağlı bələdiyyədə onlara hüquqi yardım göstərilməsi həyata keçirilir.

Bələdiyyədə “qaynar xətt” də (telefon 562-85-16) fəaliyyət göstərir. Gün ərzində telefon vasitəsilə daxil olan şikayət və müraciətlər qeydə alınır, rəhbərliyə çatdırılır və tədbirlər görülür. Bayram və qeyri-iş günləri “Qaynar-xətt”də növbətçilik qrafiki üzrə məsul işçilər müraciətləri qəbul edir.

Belediyye.info

ŞƏRHLƏR